Lənkəranda avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Əraziyə DYP-nin əməkdaşları gəliblər. Xüsusi texnikanın köməyi ilə maşın kanaldan çıxarılıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.