Lənkəranda ölümlə nəticələnən qəza hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.
Hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Opel" markalı 99-RO-264 dövlət nişanlı minik avtomobili Girdəni kənd sakini, 32 yaşlı Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. Nəticədə X.Rəcəbov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.