Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində Apa.az-a istinadən verir.
Qəza köhnə Ələt–Astara magistralında, rayonun Göyşaban kəndi ərazisində baş verib. “Tofaş” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı həyata keçirmək istəyərkən idarəetməni itirib və yol kənarında dayanan maşınlara çarpılıb. Nəticədə 2 nəqliyyat vasitəsi əzilib.
Hadisə zamanı 3 nəfər Liman şəhər sakini – 23 yaşlı İsa Adıgözəlov, 21 yaşlı Fərhad Həsənov və 21 yaşlı Mülayim Səlimov xəsarət alıblar. Onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.