Lənkəranda "Qərbi Azərbaycanın tariximizdə rolu" mövzusunda "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində verir.
Lənkəran Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə iştirak edən hər bir komanda 6 oyunçudan ibarət olacaq. Yaş həddi 14-29-dur.
Qeydiyyat üçün linkə keçid etmək lazımdır. Son qeydiyyat tarixi 8 mart saat 12:00. Qalib komandalar diplomlarla təltif ediləcək.
Qeyd edək ki, turnir GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran Heydər Əliyev Mərkəzi, Lənkəran Gənclər Evi və Lənkəran Klubunun təşkilatçılığı ilə həyata keçiriləcək.