İyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az Azərtac-a istinadən bu gün, 17 iyul tarixində verir.
Verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib, avtomobildə olan 7 sərnişin xəsarət alıb.
Fakt araşdırılır. Sürücünün polis əməkdaşı olduğu məlum olub.
[caption id="attachment_41242" align="alignnone" width="780"]
Foto Azertac saytı[/caption]