Lənkəranda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 yanvar tarixində APA-ya istinadən verir.
Hadisə Talışlı kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil elektrik dirəyinə çarpılıb. Nəticədə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 12 yaşlı M.Əliyev hadisə yerində dünyasını deyişib.
Meyit FHN-in xüsusi riskli xilasetmə qüvvələri tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.
[caption id="attachment_52379" align="alignnone" width="336"]
Foto APA[/caption]