Lənkəran şəhərində bir sıra məktəblərin qarşısında piyada keçidi zolaqları yenilənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində verir.
Belə ki, sözügedən bərpa işləri şəhərin Zərifə Əliyeva küçəsində yerləşən 2 saylı tam orta məktəbin, Xüsusi təmayüllü Gimnaziya məktəbinin və həmçinin Koroğlu küçəsində yerləşən 6 saylı məktəbin qarşısında aparılır.