Lənkəran şəhərinin Şirəli Axundov küçəsində piyada zolağının silinməsi və piyada keçidi nişanının olmaması sakinləri narahat edir. Bununla bağl onlar bu gün, 10 aprel tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, 4 saylı məktəbin qarşısındakı piyada zolağı silindiyindən və piyada keçidi nişanı olmadığından sürücülər piyadalara yol vermirlər və bu hal oradan hər gün keçən şagirdlər üçün təhlükə yaradır.