Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində verir.
Hadisə rayonun Gərmətük dairəsi yaxınlığında qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.