Lənkəran şəhərinin küçələrində işıqlar söndüyünə görə işıqforlar işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 avqust tarixində verir.
Lənkəran şəhərinin küçələrində bəzi işıqforların çalışmaması sürücülər üçün təhlükə yaradır. Bu hal Hacı Zeynalabdin Tağıyev və Nizami küçələrinin kəsişməsində, Zərifə Əliyeva və bir sıra mərkəzi küçələrdə müşahidə olunur. Sürücülər nizamlayıcıların sıradan çıxmasına görə qəzaların baş verə biləcəyini bildiriblər. Onlar ümid edirlər ki, problem tezliklə aradan qaldırılacaq.