Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 yanvar tarixində APA-ya istinadən verir.
Hadisə Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. İdarəetməni itirən "Hyundai" avtomobili küçə işıqlarına və yol nişanına çarpılıb. İşıq dirəklərindən ikisi qırılıb.
Araşdırma aparılır.