Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 dekabr tarixində verir.
Hadisə dekabrın 30-u gecə saatlarında Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. İki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub. Onlar Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.