Lənkəran şəhəri, Hacı Zeynalabdin Tağıyev və Mirzə Ələkbər Sabir küçələrinin kəsişməsində yerləşən küçə bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində verir.
Belə ki, küçənin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər. Sakinlər bildirirlər ki, payız-qış aylarında bu küçədən istifadə edərkən böyük problemlərlə üzləşirlər.
“Lənkəran şəhərin küçələrinin asfaltlanması işlərinə başlanılsa da, abadlıq işləri bizim küçəyə şamil edilməyib. Küçəmiz aidiyyəti qurumlar tərəfindən unudulub”, – deyə sakinlər bildiriblər.