Lənkəran şəhəri, Səttərxan küçəsinin yol örtüyündə çuxurlar əmələ gəlib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyul tarixində verir.
Sakinlər bildirirlər ki, illər öncə yola asfalt örtüyü döşənib.
“Lakin 7-8 il öncə su və qaz xətlərini çəkən zaman yolu qazdılar. Beləliklə də yolda çuxurlar əmələ gəldi. Son 2 ildə vəziyyət daha da kəskinləşib. Yağış aylarla bu çuxurlarda qalaraq qurumur. Aidiyyəti qurumlardan xahiş edirik, yolumuzu təmir etsinlər”, - deyə sakinlər bildiriblər.
[caption id="attachment_41301" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]