Lənkəran şəhərinin mərkəzi küçələrinin kəsişməsində piyada zolağının xətləri silinib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
Sözügedən problem Mir Mustafa xan və Etibar Əliyev küçələrinin kəsişməsində muşahidə edilir. Bu hal sürücülər və piyadalar arasında çaşqınlıq yaradır.
Vətəndaşlar bildiriblər ki, xətlər olmadığına görə nə sürücülər, nə də piyadalar rahat şəkildə hərəkət edə bilirlər. Onlar məsələnin tez bir zamanda həll olunacağına ümid edirlər.