Lənkəran rayonunun Sütəmurdov kəndinin yolu sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 mart tarixində verir.
Sakinlər bildirirlər ki, Çay fabriki tərəfdə yerləşən döngədən keçmək mümkün deyil:
“Payızın əvvəlində yağan yağış bütün yolu iflic edir. Yoldakı çuxurlar o qədər dərindir ki, su tam çəkilmir. Xahiş edirik aidiyyəti qurumlardan, problemimizi həll etsinlər”.