Lənkəran şəhərinin Mir Mustafa Xan küçəsində zibil qutularının az olması fəsadlar yaradır. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Sakinlərin sözlərinə görə, zibil qutularının sayının az olmasına görə onlar məcbur qalıb məişət tullantılarını bu əraziyə atırlar.
“Zibil maşınları vaxtlı-vaxtında tullantıları yığmadığından burada antisanitariya vəziyyəti yaranır. Aidiyyəti qurumlardan məsələni nəzarətə götürmələrini xahiş edirik”, – deyə sakinlər müraciət ediblər.