Lənkəran rayonunun Liman şəhərində 390 abonentin qaz təchizatında fasilə yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Şəhərin N.Nərimanov və M.İbayev küçələrində yeni çəkilmiş 76 mm-lik qaz xətləri şəbəkəyə qoşulur. Bununla əlaqədar bu gün, 4 mart tarixində saat 10:30-dan başlayaraq qaz təchizatında məhdudiyyət yaranıb.
Təmir işləri yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.