Lənkəran Dövlət Universitetinin qarşısındakı yolda əmələ gələn çuxurlar piyadaları və sürücüləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Şəhərin Əli Məmmədov küçəsində əmələ gələn dərin çuxurlar yağış yağan zaman su ilə dolur. Nəticədə tələbələr dərsə palçıq içində getməli olurlar. Həmçinin çuxurların dərinliyi səbəbindən buradan keçən avtomobillərə də ziyan dəyir. Sakinlər yolun yaxın zamanda təmir olunacağına ümid edirlər.