top
Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirilib
21 iyun 2025, 01:11
- +

Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən hava limanlarında birgə təlimləri davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Cenublu.az-a verilən xəbərə görə, FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında keçirilən birgə təlimə Nazirliyin Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin, Nəqliyyatda Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsinin, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları arasında qəza-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsindən ibarət olub.

Təlim zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında müxtəlif xidmətlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyəsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, yanğın yerində kəşfiyyat və yanğınla mübarizə əməliyyatları simulyasiya edilib.



Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.



Qeyd edək ki, bu cür birgə təlimlər fövqəladə halların effektiv idarə olunması, hava limanlarında əməliyyat dayanıqlığının artırılması və müvafiq strukturlar arasında inteqrasiya olunmuş cavab sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Lənkəranda təhlükəli yol qovşağı: Sakinlər işıqfor tələb edir

Cəmiyyət
Bu gün, 10:27

Lənkəranda bitməyən işıq problemi

Kriminal
Bu gün, 09:55

Azyaşlı qızla evlilik həbslə bitdi

Bütün xəbərlər
Bu gün, 09:18

Masallılı məzun qəbul imtahanında maksimum nəticə topladı

Cəmiyyət
Dünən, 17:54

Lənkəranda təmizlənən ərazi yenidən zibilxanaya çevrildi

Bütün xəbərlər
Dünən, 17:25

İlin ilk 6 ayında heyvan dişləməsinin SAYI

Kriminal
Dünən, 16:57

Cəlilabadda ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Cəmiyyət
Dünən, 16:24

Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Kriminal
Dünən, 15:55

Kirayə üstündə arvadını döydü, cəzadan qurtuldu

Bütün xəbərlər
Dünən, 15:26

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Bütün xəbərlər
Dünən, 14:59

1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:27

Lənkəranda tullantı atanlar cərimələndi

Bütün xəbərlər
Dünən, 13:58

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər
Dünən, 13:31

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:00

Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər

Cəmiyyət
Dünən, 12:29

Bakıda küçədən Yardımlı sakininin meyiti tapılıb

Cəmiyyət
Dünən, 11:56

Su yoxdur, məhsul əldən gedir: Fermerlər kömək istəyir

Bütün xəbərlər
Dünən, 11:25

Qabiliyyət imtahanlarının nəticəsi bu tarixdə BİLİNƏCƏK

Bütün xəbərlər
Dünən, 10:57

İxtisas seçiminin avqustun 10-dan sonra başlanması gözlənilir

Bütün xəbərlər
Dünən, 10:24

Vətən müharibəsi şəhidimizin ad günüdür

Cəmiyyət
Dünən, 09:50

Çayda batma təhlükəsi olan 23 yaşlı oğlan xilas edilib

Kriminal
Dünən, 09:12

Salyanda faciə: Keçmiş kürəkənini ov tüfəngi ilə qətlə yetirdi

Cəmiyyət
28 iyul 2026, 17:30

Ağ kəpənək həyəcanı: "Artıq evlərə girirlər, yaşamaq olmur"

Cəmiyyət
28 iyul 2026, 16:50

Neftçalada su böhranı: Kənd əhalisi çıxış yolu axtarır

Cəmiyyət
28 iyul 2026, 16:12

Biləsuvarda pambıq sahəsi susuz qalıb

Cəmiyyət
28 iyul 2026, 15:38

Tullantılar vaxtında daşınmır, həyətlər yenidən zibilliyə çevrilib

İqtisadiyyat
28 iyul 2026, 15:05

Azərbaycanda bu şəxslərin maaşı artırılacaq

Cəmiyyət
28 iyul 2026, 14:34

913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Oxşar xəbərlər