Lənkəran şəhəri, Füzuli küçəsində nişanlanma xətləri yoxdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Küçədə Lənkəran Dövlət Universitetinin 1-ci korpusu və 8 nömrəli məktəb yerləşdiyindən piyada keçidindən daha çox şagirdlər və tələbələr istifadə edirlər.
Yolda piyada keçidi xətti və əks istiqamətli nəqliyyat hərəkətini göstərən müvafiq nişanlanma xəttinin olmaması isə piyadalar və sürücülər arasında çaşqınlıq yaradır.