Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.
Cenublu.az xəbər verir ki, qəbul 4 oktyabr 2024-cü il tarixində, saat 10:30-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Yardımlı və Masallı rayon sakinlərinin müraciətlərinə baxılacaq.