Köhnə Ələt-Astara magistralında xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 dekabr tarixində Apa.az-a istinadən verir.
Hadisə Cəlilabad rayonu ilə Biləsuvar rayonunu birləşdirən yolda qeydə alınıb. "VAZ-2107” markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Masallı rayon sakini, 46 yaşlı Vüsal Əhməd oğlu İsrafilov xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.