Masallı rayonunun Boradigah kənd yolunda yerləşən yol nişanlarının üzərindəki təsvirlər silinib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində verir.
Belə ki, sürücülər bəzi yol nişanlarının silinməsinə görə çətinlik çəkirlər.
“Sürət həddi olan nişanda əsas rəqəm silindiyindən yoldakı sürət həddini bir çoxları bilmir. Yolun daralması olan nişanıda ilk baxışdan anlamaq çətin olur. Təhlükəsizliyimiz naminə aidiyyəti qurumlardan nişanları bərpa etmələrini xahiş edirik”, - deyə sürücülərdən biri bildirib.