Masallıda məhəllədaxili yollarda təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 4 aprel tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Belə ki, rayonun Ərkivan qəsəbəsində məhəllədaxili küçələrə 4 maşın çınqıl, Əhmədli kəndində Vətən müharibəsi veteranlarının yaşadığı küçəyə 6 maşın qum, Musaküçə kəndində xeyriyyəçilər tərəfindən 300 metr kənddaxili yola çınqıl tökülərək yayılıb, həmçinin 800 metrlik küçə qreyderlə hamarlanıb.