Cəlilabad rayonunun Göytəpə şəhərində yollarında təmiri işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində verir.
Belə ki, Göytəpə bələdiyyəsi tərəfindən şəhərdaxili küçələrin təmiri davam edir. Vətəndaşlar tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına şəhərin Şəhid İnqilab Niftullayev küçəsinə çınqıl materialı tökülüb və xüsusi texnika vasitəsilə hamarlanaraq təmir işləri aparılır.