Ələt-Astara avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 sentyabr tarixində Apa.az-a istinadən verir.
Hadisə avtomobil yolunun 105-ci km-də qeydə alınıb. "Nissan" markalı minik avtomobilinin maneəyə çarpılması nəticəsində 25 yaşlı Etibar Əliyev, 7 yaşlı Sadiq Əsgərli, 15 yaşlı Yusif Ağayev və 49 yaşlı Mətanət Əsgərova xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.