Ələt-Astara avtomobil yolunda qeydə alınan qəzada ölən və xəsarət alanların şəxsiyyətləri təsdiqlənib.
Belə ki, dünyasını deyişən şəxs 28 yaşlı Vüqar Əsgərlidir. Xəsarət alan şəxs isə Tofiq Salahlıdır.
Qeyd edək ki, TIR-lərdən birinin "Səba" şirkətinə məxsus olduğu bildirilir.
Araşdırmalar davam edir.
***
Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində TIR-lər toqquşub. Bu haqda məlumatı Cenublu.az bu gün 16 dekabr tarixində Report.az-a istinadən verir.
Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb. Onların kimliyi hələlik məlum deyil. Həmçinin maşınlarda olan yüklər yol boyunca səpələnib.