Xəbər verdiyimiz kimi, Ələt-Astara magistralında iki TİR-in toqquşması nəticəsində baş verən ağır yol qəzasında bir nəfər faciəvi şəkildə həlak olub.
Vəfat edən "Səba” şirkətinin 28 yaşlı əməkdaşı, əslən Lənkəran rayonunun Liman şəhərindən olan Vüqar Əsgərlidir. O, hadisə zamanı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Vüqar Əsgərli ailənin yeganə oğlu olub.
Qeyd edək ki, qəza nəticəsində Tofiq Salahlı xəsarət alıb.