Lənkəran rayonunun Digah və Şiləvar kəndlərini birləşdirən yolun təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Sakinlər bildirirlər ki, gün ərzində bu yoldan yüzlərlə vətəndaş istifadə edir:
“Yolda əmələ gələn çuxurlar avtomobillərimizə ziyan vurur. Çuxurlar o qədər dərindir ki, yağış suları yaya kimi qurumur. Xahiş edirik aidiyyəti qurumlardan, yolu təmir etsinlər”.