Cəlilabad rayonunun Zopun kəndinin bəzi yolları təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 dekabr tarixində verir.
Vətəndaşlar tərəfindən Zopun bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Cəfərli-Çünəxanlı kəndarası avtomobil yoluna çınqıl materialı tökülərək təmir işləri aparılıb.