Cəlilabadda kənddaxili yollar təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən verir.
Məlumata görə, Seyidbazar kəndində 2 km-dən artıq kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb. İşlər Seyidbazar bələdiyyəsinin və Seyidbazar kənd sakinlərinin birgə təşkilatçılığı ilə icra olunub.