Cəlilabadda kənddaxili yollar təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən verir.
Məlumata görə, Məmmədrzalı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb. İşlər vətəndaşlar tərəfindən Şorbaçı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına icra olunub.