Cəlilabad rayonunun Şorbaçı və Şiləvəngə kənd yollarında təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyul tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Şorbaçı və Şiləvəngə bələdiyyələrinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına kənddaxili yollara çınqıl materialı tökülərək təmir işlərinə başlanılıb.