Cəlilabad rayonunun Həsənli-Məşədihüseynli kəndarası avtomobil yolunda təmir işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Belə ki, Zopun bələdiyyəsinin və Məşədihüseynli kənd sakinlərinin birgə səyləri ilə yola çınqıl materialı tökülərək təmir işləri görülüb.