Cəlilabad rayonunun Fərzili kəndinin yollarında təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Astanlı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Fərzili kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işlərinə başlanılıb.