Cəlilabad rayonunun Cəfərxanlı kəndinin yollarında təmir işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Üçtəpə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Cəfərxanlı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.