Cəlilabadda kənddaxili yolların təmirinə başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən verir.
Məlumata görə, Boyxanlı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işlərinə start verilib. İşlər vətəndaşlar tərəfindən Boyxanlı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına icra olunub.