Qarlı hava Cəlilabad rayonunda avtomobillərin hərəkətində çətinliklər yaradıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın hərəkəti müşkülə düşüb. Hazırda adıçəkilən yollar ağır texnikalar tərəfindən təmizlənir.
Qeyd edək ki, Cəlilabadın dağlıq kəndlərində qar yağmaqda davam edir.