Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində Apa.az-a istinadən verir.
Ələt–Astara magistralında "İsuzu" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilə ziyan dəyib, xəsarət alan olmayıb.
Fakt üzrə araşdırma aparılır.