Cəlilabad rayonunun kəndarası və kənddaxili yolları təmir edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.
Belə ki, Hamarqışlaq-Xəlilabad kəndarası avtomobil yolunda təmir işləri aparılıb və yaxın zamanda yola çınqıl materialı döşənəcək. Burada işlər Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Hamarqışlaq və Xəlilabad kənd sakinlərinin birgə təşkilatçılığı ilə görülür.
Çünəxanlı kəndində isə kənddaxili yollara qum-çınqıl materialı tökülür. Təmir işləri sakinlər tərəfindən Zopun bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilir.