Cəlilabad rayonunun Məlikqasımlı kəndində yolların bərpa işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində verir.
Belə ki, sözügedən kənddə kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri həyata keçirilib.
Yolların təmiri vətəndaşlar tərəfindən Boyxanlı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına görülüb.