Cəlilabad rayonun Uzuntəpə kəndində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində Report.az-a istinadən verir.
Belə ki, avtomobil traktorun qoşqusuna çarpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıblar.
Yaralıların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Araşdırma aparılır.