Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində Apa.az-a istinadən verir.
Hadisə köhnə Ələt–Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini F.Tağıyevanın idarə etdiyi "Hyundai" avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Nəticədə sürücü xəsarət alıb.
Araşdırma aparılır.