Cəlilabad rayonunun Babalı kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində Avtosfer.az-a istinadən verir.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Great Wall”la toqquşub.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb “Great Wall” sürücüsünün sürət həddini aşması olub. Nəticədə avtomobillər bir-birinə çarpılaraq yararsız hala düşüb.
Hadisə zamanı “Great Wall”da olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma aparılır.