Cəlilabad rayonunun Adnalı kəndində baş vermiş qəzada xəsarət alanların adları məlum olub.
Belə ki, onlar Cəlilabad rayon sakinləri - 52 yaşlı Elminaz Həmşəliyeva, 36 yaşlı Ülviyyə Əsgərova, 54 yaşlı Ağgül Nadirova, 23 yaşlı Məlahət Nadirova və 45 yaşlı Rasim Şəbiyevdir.
***
Cəlilabadda daha bir yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Adnalı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Ford" markalı avtomobillə "VAZ" markalı minik maşını toqquşub.
Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.