Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində Report.az-a istinadən verir.
Qəza Şabanlı kəndi ərazisində baş verib. "VAZ-2106" markalı minik avtomobili yolun kənarındakı ağaclara çarpılıb. Nəticədə rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramova xəsarət alıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma aparılır.