Cəlilabadda baş vermiş qəzada üç nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində Report.az-a istinadən verir.
Hadisə Cəlilabad şəhərinin mərkəzində qeydə alınıb. Belə ki, "VAZ-21011" və "Chevrolet Cruze" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir qadın və iki kişi xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan biri ambulator müalicə üçün evə buraxılıb. Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.