Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində verir.
Qəza nəticəsində üç nəfər – 29 yaşlı Nahid Abdullayev, 31 yaşlı Məzahir İbayev və 32 yaşlı Namid Məmmədov xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.