Cəlilabad rayonunda ölümlə nəticələnən qəza qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 dekabr tarixində verir.
Hadisə Uzuntəpə kəndində baş verib. Cəlilabad rayon sakini Alxas Ağayevin idarə etdiyi "VAZ-21214" markalı avtomobil yolu keçmək istəyən 49 yaşlı Lalə Rüstəmovanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını deyişib.
Araşdırma aparılır.